Pandemiyadan zərər çəkmiş bizneslərə dövlət zəmanətli biznes kreditləri
PAŞA Bank Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıqda COVİD-19 pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dövlət zəmanətli biznes kreditlərini və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılmasını təklif edir.
Məhsuldan kim yararlana bilər?
Dövlət zəmanəti pandemiyanın təsirinə məruz qalmış sahələrdə iqtisadi fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilir.

Zərər çəkmiş sahələr üzrə iqtisadi fəaliyyət növlərir:
  • İctimai iaşə fəaliyyəti;
  • İstehsal (ərzaq, dərman, tütün, alkoqollu və alkoqolsuz içki, neft məhsulları istisna olmaqla);
  • İdman-sağlamlıq obyektlərinin fəaliyyəti;
  • Topdan və pərakəndə ticarət (ərzaq, dərman və neft məhsullarının satışı istisna olmaqla);
  • Yerləşmə vasitələri hesab edilən mehmanxana, motel, hostel və oxşar obyektlərin fəaliyyəti;
  • Turizm sahəsində operator və agent fəaliyyəti;
  • Avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiri;
  • Bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti;
  • Hazırlıq (tədris) və ixtisas artıma kurslarının, uşaq tədris və inkişaf mərkəzlərinin, uşaq klublarının, psixoloji mərkəzlərinin fəaliyyəti;
  • Özəl təhsil müəssisələri (o cümlədən uşaq bağçaları)
  • Ölkədaxili yük və sərnişindaşıma fəaliyyəti (o cümlədən taksi ilə);
  • Sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti;
  • Sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq məhsullarının daşınması və (və ya) çatdırılması xidmətləri.

Sürətli kredit
Ənənəvi kredit
Maksimal məbləğ
200 000 AZN
3 000 000 AZN
Müddət
36 ayadək
36 ayadək
Güzəşt müddəti
12 ayadək
12 ayadək
Valyuta
AZN
AZN
İllik faiz dərəcəsi*
15%-dək
15%-dək
Subsidiya (güzəşt)
illik faiz dərəcəsinin 50%-i
illik faiz dərəcəsinin 50%-i
Təhlil üzrə komissiya
1,5%
1,5%
İYUL, 1 / 2020
Korporativ müştərilər üçün:
*8123 / (+994 12) 496 50 04

Fərdi müştərilər üçün:
*9123 / (+99 412) 496 50 00

customer.care@pashabank.az